Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 01:24 -də qeydə alınıb. Zəlzələnin ocağı 13,55 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.