Nazirlik Xudat Mənzil İstismar Sahəsinin rəisini 2000 manat cərimələdi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Xudat şəhəri ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

Faktla bağlı Xudat Mənzil İstismar Sahəsinin rəisi Bəxtiyar Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən daşınması məqsədilə qanun pozucusuna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Paylaş