Vulkan püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatdı

Google+ Pinterest LinkedIn Tumblr +

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Biosfer.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Nəticələrinin Azaldılması üzrə Milli Xidmətinin nümayəndəsi David de Leona istinadən “Prensa Libre” portalı yazıb.

Milli Xidmətin son məlumatlarına görə, təbii fəlakət zamanı 46 nəfər yaralanıb, 3,26 min insan təxliyyə edilib, 1,68 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, ümumilikdə isə vulkanın zərəri 1,7 milyon insana təsir edib.

Paylaş