Zərdabda kollektora tullantı atan şəxslər cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən keçən kollektora tullantıların atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Biosfer.az-a verilən məlumata görə, araşdırma zamanı fakt təsdiqini tapıb. Tullantıların kənd sakinləri Nazir Nağıyev, Mahir Rzayev, Araz Əzizov, Sabit Eyvazov və Həmzət Davudov tərəfindən kollektora atıldığı müəyyən olunub.

Faktla bağlı kənd sakinləri barəsində protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən qanun pozucularının hər biri 600 manat məbləğində cərimə olunub. Tullantıların kollektora və suvarma arxına atılmasının qarşısının alınması üçün Gödəkqobu bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Paylaş