Tayvanda ardıcıl iki zəlzələ baş verib

Google+ Pinterest LinkedIn Tumblr +

Tayvanın Xualyan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Xualyan şəhərindən 5 km cənub-qərbdə, ocağı 20 km dərinlikdə yerləşib.

Bundan əvvəl adıçəkilən ərazidə 4,5 maqnitudalı təkanlar qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu ilin fevralında Xualyan əyalətində tələfatla nəticələnən 6,5 maqnitudalı zəlzələ baş verib.

Paylaş