Qasırğa Rusiyanı viran qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın mərkəzi vilayətlərində tüğyan edən qasırğa nəticəsində 60-a yaxın şəxs xəsarət alıb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, son məlumata görə, Kazan şəhərində isə 1 nəfər həlak olub.

Küləyin sürətinin bəzi hallarda saniyədə 25 metrə çatdığı qeyd olunub. Gecədən gücələnən külək nəticəsində yüzlərlə ağac kökündən qopub. 200-dən çox yaşayış məntəqəsi bir neçə saat işıqsız qalıb.

Paylaş