Bakının mərkəzində ağac kəsdilər – Nazirlik işə qarışdı

Google+ Pinterest LinkedIn Tumblr +

Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağaclar qanunsuz kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Biosfer.az-a verilən məlumata görə, bununla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Paylaş