Hindistanda əlverişsiz hava şəraiti üzündən xeyli sayda insan tələfatı olub.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 33 nəfər ildırım, leysan yağışı və güclü külək səbəbindən ölüb. Hindistanın Uttar-Pradeş ştatında 9 nəfər, Carkxand ştatında 12, Bixar ştatında da 12 nəfər fırtınanın qurbanı olub.