ABŞ-da fırtına: 2 ölü

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Şimali Karolina ştatında baş verən “Alberto” fırtınası nəticəsində 2 nəfər ölüb.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, polk dairəsində güclü külək ağacı avtomobilin üzərinə aşırıb. Nəticədə avtomobildə olan iki nəfər həyatını itirib.

Qeyd edək ki, güclü külək və leysan yağışlar ilə müşahidə olunan “Alberto” fırtınası ilə əlaqədar əvvəl ABŞ-ın Alabama, Missisipi və Florida, daha sonra isə Şimali Karolina, Tennessi və Corciya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Paylaş