İndoneziyanın Sumbava adası sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 03:25-də qeydə alınan yeraltı təkanların episentri Bima şəhərindən 115 km cənubda, ocağı 2 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.