ABŞ-da fövqəladə vəziyyət – Şəhəri su basdı – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Merilend ştatının Ellikot şəhərində güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Merilend ştatın qubernatoru Larri Hoqan bəyan edib.

Məlumata əsasən, 2016-cı ildə güclü yağış və daşqınlarla üzləşmiş şəhər yenidən su altında qalıb.

Yerli hökumət əhalini təhlükəli əraziləri tərk etməyə, xəbərləri izləməyə və təlimatlara riayət etməyə çağırıb.

Qeyd edək, Ellikot şəhərində 70 minədək insan yaşayır.

Paylaş