Yerə ən uzaq ulduz kəşf edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Amerikalı astronomlar “Habbl” teleskopu vasitəsilə Yerə ən uzaq ulduzu kəşf edib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, İkar adı verilən ulduz planetimizdən 9 milyard işıq ili uzaqlıqda yerləşir.

Qeyd olunur ki, bu nəhəng ulduz Günəşdən dəfələrlə böyük və parlaqdır.

İkar bu cür uzaq məsafədən kəşf olunmuş ilk tək ulduzdur. Mütəxəssislər qeyd edir ki, adətən, bu cür məsafələrdən superyeni ulduzlar, qamma-partlayışlar və ulduzlar qrupu müşahidə olunur.

Paylaş