Gədəbəydə ağacları kəsən şəxs cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Biosfer.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş 2 ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilib.

Paylaş