Şəkidə 53 yaşlı qadını ilan sancdı

Google+ Pinterest LinkedIn Tumblr +

Şəkidə 53 yaşlı qadını ilan sancıb.

Biosfer.az APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Şəhla Qurbanəli qızı Salamova ilan sancma xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, Şəhla Salamovanı yaşadığı kəndin ərazisində ilan sağ ayağın topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəhla Salamovanın hazırda müayinə və müalicəsi aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Paylaş