Rayonlarda hava qeyri-sabit keçəcək, şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ

Google+ Pinterest LinkedIn Tumblr +

Mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Biosfer.az-a verilən məlumata görə, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş