Pambıq sahələrində əkin sovkası zərərvericisinə qarşı mübarizə tədbirləri başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən Biosfer.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pambıq əkinlərində aparılan monitorinqlər nəticəsində 125 hektar sahədə payızlıq əkin sovkası (Agrotis segetum) aşkar edilib.
Mübarizə tədbirləri kimi dondurma şumu aparmaqla zərərvericinin qışlama ocaqları məhv edilir.
Payızlıq əkin sovkası əsasən pambıq, qarğıdalı, tütün, bostan-tərəvəz bitkilərinin yeni çıxan şitilləri ilə qidalanaraq onları məhv edir.