Çexiyada 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Biosfer.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 23:04-də qeydə alınan yeraltı təkanların episentri paytaxt Praqadan 158 km qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.