Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, vitse-prezident Zaur Paşayev, ətraf mühit üzrə direktor Faiq Əsgərov arasında tanışlıq görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb, ekoloji standartlara riayət olunması ilə bağlı tövsiyələr verilib.