Mayın 18-də səhər saatlarında Kuril adalarında 5,6 bal gücündə zəlzələ olub.
Biosfer.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Kunaşir adasında yerləşən Qolovnino kəndindən 126 kilometr məsafədə qeydə alınıb.
Zəlzələnin episentri 40,8 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, sunami təhlükəsi yoxdur.