Finlandiyada ilk dəfə ekologiyanın mühafizəsi sahəsində vətəndaş təşəbbüsü irəli sürülüb

Google+ Pinterest LinkedIn Tumblr +

Finlandiyanın ekologiya təşkilatları dövlət meşələrində ağacların fasiləsiz qırılmasının qadağan olunmasını tələb edirlər. Bu, Finlandiyanın tarixində ekoloji mövzu ilə bağlı ilk vətəndaş təşəbbüsüdür.

Biosfer.az Azərtac-a istinadən xəbər verir ki, parlamentə təqdim edilməsi nəzərdə tutulan bu təşəbbüsün arxasında beş təbiəti mühafizə təşkilatı – Finlandiya Təbiəti Mühafizə İttifaqı, Qrinpis, “BirdLife”, “Luonto-Luitto” və “Natur och Miljö” dayanırlar.

Finlandiyada meşələrin təqribən 60 faizi şəxsi mülkiyyət sayılır. Təşəbbüs dövlətin sərəncamında olan meşələrə şamil olunur.

Təşkilatlar ağacların fasiləsiz qırılmasına qadağa qoyulmasını Finlandiya meşələrində biomüxtəlifliyin qorunub saxlanılmasının, iqlim dəyişmələrinə qarşı mübarizənin, habelə turizm səyahətlərinə, giləmeyvə və göbələk toplanmasına əlverişli şəraitin yaradılmasının zəruri olması ilə əsaslandırırlar.

Paylaş