Mayın 17-də Saatlı rayonu ərazisində 3,1 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Biosfer.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da qeydə alınıb.
Ocağı 24 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.