Yeni Zelandiya yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Lesperans adasından 281 km cənub-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.