İcra hakimi Bayılda sürüşmə zonasına baxış keçirir – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayılda, Buxta küçəsində sürüşmə baş vermiş əraziyə gəlib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, hazırda icra hakimi əraziyə baxış keçirir.

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Paylaş