Bazar günü Kolumbiyada ölkənin ən böyük su elektrik stansiyası “İtuanqo”nu qidalandıran Kauka çayının məcrasından çıxması səbəbindən azı 600 nəfər təxliyyə edilib.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir neçə ev su altında qalıb, 19 ev, iki təhsil müəssisəsi və bir tibb mərkəzi, həmçinin çay üzərindən keçən bir neçə piyada körpüsü dağılıb. Əhali arasında ölən və yaralanan olmayıb.