Hindistanın şimal rayonlarında bazar günü müşahidə olunan leysan yağışlar və qum fırtınası nəticəsində azı 30 nəfər ölüb, daha bir neçə on nəfər yaralanıb.
Biosfer.az TASS-a istinadən xəbər verir ki, ölüm halları Uttar-Pradeş, Andxra-Pradeş, Qərbi Benqal ştatları və Dehlinin paytaxt dairəsində qeydə alınıb. Həmçinin bir neçə şəxs ildırım vurması nəticəsində ölüb.
Güclü külək ağacları aşırdıb, reklam lövhələrini və evlərin şiferlərini qopardıb.