Zaqatala rayonunun Talaçay çayının Göyəm kəndi ərazisindən keçən hissəsində 4 nəfər traktorun içərisində köməksiz vəziyyətə düşüb.
Biosfer.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Kənd sakinləri xilas edilib.