Azərbaycanın Gürcüstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib.
Biosfer.az “Report”-a istinadən xəbər verir ki, DİRSİ yaşayış kompleksinin ərazisində, Kür çayının sahilində keçirilən aksiyada səfirliyin və konsulluğun əməkdaşları, Tbilisi şəhər merinin müavini Sopo Minçaria, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Marneuli şəhərinin meri Temur Abasov, dövlət və hökumət rəsmiləri, Bolnisi rayon icra başçısının müavini Longinoz Həsənov, “Caspian Energy Club”un sədrinin müavini, baş icraçı direktoru Telman Əliyev, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin – SOCAR, “Akkord”, Azərbaycan Dəmir Yolları, “Paşa Bank” və digərlərinin nümayəndələri, ictimai fəallar iştirak ediblər.
Sonra səfirliyin və şirkətlərin nümayəndələri Rustavi şəhərinə gələrək buradakı parkda da ümummilli liderin abidəsi önünə əklil və gül dəstələri düzüblər. Burada ulu öndərin şərəfinə 95 ədəd ağac əkilib.
Ağaclara aqrotexniki qulluq göstərilib, ətraf abadlaşdırılıb.