Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Biosfer.az xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin əməkdaşları və YAP rayon təşkilatının fəalları yaxından iştirak ediblər.
Aksiya zamanı 200-dən çox ağac əkilib.
Ramana qalası ətrafında da eyni məqsədlə tədbir keçirilib və 1000-dən çox müxtəlif növ ağac əkilib.