Mayın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Muxtar Babayevlə Dünya Bankının nümayəndələri arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, görüş zamanı Dünya Bankı və ETSN arasında bu günə qədər mövcud olan əlaqələr, o cümlədən gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.