Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi azalıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara çaylarında 20-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a bildirilib ki, mayın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 367 kubmetr olmaqla ongünlük normanın 51 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 445 kubmetr olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 108 kubmetr olmaqla ongünlük normanın 55 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici saniyədə 166 kubmetr təşkil edərək ongünlük normanın 84 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 12 santimetr azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 (2017-ci il mayın 7-də 360 sm), Şirvanda 173 (2017-ci il mayın 7-də 207 sm), Salyanda 99 (2017-ci il mayın 7-də 135 sm), Bankədə 167 (2017-ci il mayın 7-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 santimetr (2017-ci il mayın 7-də 57 sm) təşkil edir.

Paylaş