СAR-da zürafə film çəkilişi zamanı kinorejissoru öldürdü

Google+ Pinterest LinkedIn Tumblr +

Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da “Cerald” ləqəbli zürafənin hücumu zamanı ölüb.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, kinorejissor heyvanları yerli fermalardan birində iri planda lentə alıb. Bu zaman zürafə gözlənilmədən rejissora yaxınlaşıb və 47 yaşlı Karvalonu vuraraq, onu bir neçə metr kənara atıb.

Rejissor xəstəxanaya yerləşdirilib, lakin başından aldığı xəsarət nəticəsində orada ölüb. Operator Dirk van der Merv bildirib ki, Karvalo hadisədən bir neçə dəqiqə əvvəl ondan fotosunu çəkməsini xahiş edib. O, fotosunu ailə üzvlərinə göndərmək niyyətində olub.

Paylaş