Çin, Qırğızıstan və Tacikistanın sərhədində 5 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 09:17-də baş verib.
Zəlzələnin episentri Almatı şəhərindən 517 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 km olub.