Havay adalarında vulkanın lavası 5 evi məhv etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində lava 5 evi məhv edib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, vulkanın püskürməsi ilə əlaqədar 1,7 minə yaxın insan təxliyə edilib.

Püskürmə son günlərdə regionda qeydə alınmış seysmik fəallıq fonunda baş verir.

Qeyd edək ki, Kilauea dünyada ən aktiv vulkanlardan biri hesab olunur.

Paylaş