Keniyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 100 nəfər ölüb.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) bildiriblər.
Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 260 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Martın sonundan etibarən ölkədə şiddətli yağıntılar səngimək bilmir.