Havay adalarında vulkan bəlası – Hakimiyyət təxliyə elan etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Havay adalarının hakimiyyəti Kilauea vulkanı püskürdükdən sonra təxliyə elan edib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, hakimiyyətin qəbul etdiyi qərara görə, Leilani-Esteyts yaşayış sahələri dərhal təxliyə edilməlidir. Belə ki, lava artıq bu yaşayış sahələrinə çatıb.

Bildirilir ki, püskürmə son günlərdə regionda qeydə alınmış seysmik fəallıq fonunda baş verir.

Paylaş