İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində 133 nəfər xəsarət alıb.
Biosfer.az xəbər verir ki, 32 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, dünən İranın cənub-qərbində – Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ olub. Yerin 8 km dərinliyində baş verən zəlzələ nəticəsində bəzi yerlərdə elektrik verilişi dayanıb, binalarda çatlar əmələ gəlib.