Misirdə yanlış hava proqnozunu yayanların məsuliyyətə cəlb edilməsi barədə qanun layihəsi hazırlanır.
Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Misirin Dövlət Meteorologiya agentliyinin sədri Əhməd Abd al-Aal yerli “Əş-Şuruk” qəzetinə müsahibəsində məlumat verib. Bildirib ki, hazırlanan qanun layihəsinə əsasən hava proqnozu barədə məlumat yalnız Agentlik tərəfindən veriləcək. Onun sözlərinə görə, bu qanun layihəsi hər bir əsassız proqnozla çıxış edən, Agentliyin icazəsi olmadan xüsusi meteoroloji avadanlıq istifadə edərək hava haqqında uydurma fikirləri sərgiləyən hər kəs üçün cəza tətbiq edilməsini nəzərdə tutur.