Göyçayda 43 akasiya YANDIRILDI – Təbiətə 4390 manat ziyan vuruldu – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-dən Biosfer.az-a verilən məlumata görə, keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib.

Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.

Paylaş