Rusiyada meşə yanğınlarının sahəsi 170 min hektara çatıb

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın Uzaq Şərqində meşə yanğınlarının səngimək bilmir.

Biosfer.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, ümumilikdə yanğının sahəsi 170 min hektara, ocaqlarının sayı isə 88-ə çatıb.

Yanğınlardan ən çox Amur vilayəti zərər çəkib. Hazırda vilayətdə 22 yanğın ocağı qeydə alınıb, meşə yanğınlarının sahəsi 150 min hektara çatıb.

Regionda fövqəladə vəziyyət rejimi davam edir.

Paylaş