Şikayət yerində araşdırıldı – 200 manat cərimə

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Biosfer.az-a verilən məlumata görə, kafedə aparılan ölçmə işləri nəticəsində səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

Paylaş