Oğuzda təbiətə 4000 manatlıq ziyan vuruldu

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Oğuz rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, reyd zamanı Oğuz rayonu Qumluq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində diametri 112 santimetr olan yaşköküstə 1 Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Oğuz rayonu Şirvanlı kənd sakini Ramiz Abdullayev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Paylaş