Türkiyənin şərq bölgəsində 3,7 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 04:41-də qeydə alınan yeraltı təkanların episentri Ərzincan şəhərindən 38 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, aprelin 24-də Türkiyənin Adıyaman əyalətində 5,5 bal gücündə zəlzələ olub, 40-dək insan xəsarət alıb.