Türkiyədə zəlzələ: yaralananların sayı artır – FOTO (YENİLƏNDİ)

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin Adıyaman əyalətinin Samsat rayonunda baş verən zəlzələ nəticəsində yaralananların sayı 39-a çatıb.

Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində rayon mərkəzində və kəndlərdə evlər uçub.

Türkiyənin baş naziri Binəli Yıldırım zəlzələ nəticəsində insan tələfatının olmadığını bildirib.

***

Türkiyənin Adıyaman vilayətində 5,1 bal gücündə zəlzələ olub.

Biosfer.az xəbər verir ki, yerli vaxtla gecə saat 03.34-də baş verən yeraltı təkan əhalini vahiməyə salıb. Bəzi tikililərə xəsarət dəyib, 13 nəfər yaralanıb. Yeraltı təkanların ocağı 9,17 kilometr dərinlikdə yerləşib.

Qeyd edilir ki, zəlzələnin mərkəz bazası olan Samsatda 2017–ci il martın 2-də də 5,1 bal gücündə zəlzələ olmuş və əraziyə böyük ziyan dəymişdir.

Paylaş