Yaponiyanın cənub-qərbində yerləşən Yabakey kurort qəsəbəsində sürüşmə hadisəsi baş verib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, sürüşmə nəticəsində 6 nəfər həlak olub. Təbii fəlakət nəticəsində 4 kotec torpaq altında qalıb.
Faciənin səbəbi olaraq dağın yamacında torpağın eroziyaya uğraması göstərilir.