Azərbaycanda 18 yeraltı təkan qeydə alınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Aprelin 20-nə kimi Azərbaycanda iki mindən çox yeraltı təkan qeydə alınıb. Maqnitudası 3-dən böyük zəlzələlərin sayı 18-ə, hiss olunanların sayı isə 5-ə bərabər olub.

Biosfer.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli AZƏRTAC-a müsahibəsində deyib.

Baş direktor bildirib ki, ötən dövr ərzində maqnitudasına görə ən böyük yeraltı təkan Qubada qeydə alınıb. Fevralın 27-də, yerli vaxtla saat 23:03:39-da baş verən və ocağı 41 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4,2 bal olub. Zəlzələ hiss olunmayıb.

Paylaş