Nəhənglər qayıdır – 4 min ildən sonra

Google+ Pinterest LinkedIn Tumblr +

Dünyanın ən böyük heyvanlarından olan və 4 min il öncə nəsli kəsilən mamontların yenidən həyata qaytarılması məsələsi gündəmə gəlib.

Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər qlobal istiləşmənin qarşısını almaq üçün bu heyvanların rolundan bəhrələnmək istəyirlər.

Harvard Universiteti tərəfindən aparılan genetik testlər 4 min il əvvəl yaşayan mamontları həyata geri qaytarmağın mümkün olduğunu göstərib. Bunun üçün mamontların DNT-si ilə fillərin DNT-si birləşdirilməlidir.

Mütəxəssislər bildirir ki, yeni doğulacaq mamontlar bitki örtüyünün zənginləşməsinə kömək edəcək. Və bununla da soyuq ərazilərdə qlobal istiləşmənin qarşısı alınacaq.

Paylaş