Sürüşmə zonasında son durum: Bayılda nə baş verir?

Google+ Pinterest LinkedIn Tumblr +

“Bayıl sürüşmə zonasında bizim qurumun reperləri və mayakları quraşdırılıb. Hər gün və ya günaşırı ərazidə müşahidələr aparılır”.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, ərazidə bir neçə dəfə buruq-qazma işləri aparılıb. Nəticələrin kimyəvi və fiziki xüsusiyyətlərinin öyrənilməsi üçün laboratoriyalara təqdim edilib.

Bununla yanaşı hər 10 gündən bir görülən işlərin və son vəziyyətlə bağlı hesabat Nazirlər Kabinetinə təqdim edilir: “Hazırda ərazidə stabillikdir. Nə reperlərdə, nə mayaklarda heç bir dəyişiklik hiss olunmur”.

Paylaş