Tanzaniyada güclü yağış 9 nəfərin ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Tanzaniyanın paytaxtı Dar əs Salamda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 9 nəfər ölüb.

Biosfer.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir.

Təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur. Tanzaniyada leysan yağışlar üçüncü sutkadır ki, fasiləsiz olaraq davam edir.

Məlumata görə, bölgədə bir çox yaşayış evləri yararsız hala düşüb, nəqliyyat vasitələri və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Paylaş