Türkiyənin Aydın bölgəsində beşəm dünyaya gətirən qoyun görənləri təəccübləndirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan Bülənt Ergen adlı fermerin 3 ay əvvəl hamilə vəziyyətdə aldığı cins qoyun bir həftə əvvəl beşəm dünyaya gətirib. Balaların hamısı sağlamdır.