Evinizdəki havanı təmizləyən ÜÇ BİTKİ – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Evinizin içərisindəki havanın çöldəki havadan daha çirkli olduğunu bilirsinizmi?

Müxtəlif xoş ətirli otaq çiləyiciləri, kimyəvi təmizlik vasitələri, vinil döşəmələr kimi toksik kimyəvi maddələr olan məhsullar əslində ev havasını çirkləndirir.

Evinizdəki havanın daim təmiz olmasını istəyirsinizsə evinizdə dibçək gülləri saxlayın.

Biosfer.az xəbər verir ki, NASA agentliyi evdəki havanı təmizləyən bitkiləri araşdırıb. Beləliklə, evin havasını daim təmiz saxlayan 3 bitkini nəzərinizə çatdırmaq istəyirik:

Areka palması

Qonaq otağı bitkisidir. Gündüzlər tam bir oksigen istehsalı müəssisəsi kimi çalışır.

Paşa qılıncı

Yataq otağı bitkisidir, gecə boyunca oksigen ötürür.

 

Sarmaşıq

Hava filtri sistemi kimi işləyir. Havadakı kimyəvi maddələri təmizləyir.

NASA yaxşı nəticələr əldə etmək üçün evinizin hər 9 kvadrat metrlik sahəsinə bir dibçək yerləşdirməyi təklif edir.

Əhəmiyyətli qeyd: Evinizdə pişik və ya itiniz varsa, areca palması zərərsizdir, ancaq paşa adaçayı və sarmaşıq ev heyvanları üçün zəhərlidir.

Cəlal

Paylaş